Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artaraq bu qədər olub

Paylaş:
Müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artaraq bu qədər olub
Bizi Google News-da izləyin

“Müəllimlərin əməkhaqqısı ən çox müzakirə olunan məsələlərdəndir”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə, müəllimlərimizin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir”, - deyə nazir müavini qeyd edib.

Paylaş:

Ən son xəbərlər