Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "QAZ 3110" markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə DYP İdarəsi məlumat yayıb.
İlkin araşdırma zamanı hərəkətləri şübhə doğurduğundan sürücü tibbi müayinədən keçirilib.