Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Meyiti tapılan Mirzəcan baba ilə bağlı yeni detallar

Paylaş:
Meyiti tapılan Mirzəcan baba ilə bağlı yeni detallar
Bizi Google News-da izləyin

Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən 3 gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Məlumata görə, onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun Hacıməlik kəndi istiqamətindəki boş sahədə aşkar edilib.

İlkin ehtimala görə, M.Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimindən sonra insanların sıx cəmləşdiyi yeri tərk edərək azıb.

Daha sonra Gəncə şəhərindən çıxaraq Göygöl rayonu istiqamətində hərəkət edib və Bakı-Qazax yoluna doğru gedib.

Boş sahədə olarkən – magistraldan bir neçə kilometr aralıda 84 yaşlı kişinin yıxıldığı, aclıq və soyuqdan öldüyü ehtimal edilir.

İlkin baxış zamanı onun üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qafqazinfo.az

Paylaş:

Ən son xəbərlər