Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarı müəyyən edilməsi barədə qərar noyabrın 10-da qüvvəyə minəcək.
Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilən kreditlər üzrə yeni qiymətləndirmə meyarı müəyyənləşib. Belə ki, həmin şəxslər nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka məlumat təqdim etməlidirlər. Bank bu məlumatları kredit bürolarına təqdim edilən müvafiq məlumatlarla müqayisə edəcək. Müqayisə zamanı göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən az olarsa, həmin kredit qeyri-qənaətbəxş aktivlər kateqoriyasına aid ediləcək.
Davranış modeli əsasında verilmiş kredit verildiyi anda azı nəzarət altında olan aktiv kimi təsnifləşdirilir
Bundan başqa, dəyişikliyə əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin borcunun gəlirə nisbəti əmsalı 70 faizdən artıq olmamalıdır.
Kredit risklərinin hesablanması ilə bağlı müddəaya da dəyişiklik edilib. Belə ki, müvafiq hesablamada model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlər də nəzərə alınacaq.