“Yağış zamanı şəhəri su basması, bu problemin həlli kadr məsələsi ilə əlaqəli deyil. Şəhərsalmada problem var, buna isə birbaşa Bakı Şəhər İcra Hakimiyyəti cavabdehdir. Çünki şəhərsalma məhz onun imzasının altından keçir. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Kimlər şəhərdə çoxmərtəbəli binaların tikintisinə imza çəkib, kanalizasiyaları hesablamayıb, onların hamısı cavabdehdir. Həmçinin şəhərdə asfaltlama aparanlar, kanalizasiya çəkənlər məsuliyyət daşıyırlar...”
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.