Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, noyabrın 3-dən 26-dək Oğuzda, Ağstafada, Şabranda, Astarada, Ucarda və Xırdalanda, 3-6-da Xankəndidə, 3-13-də Neftçalada, 12-26-da Biləcəridə, 13-26-da Ağdamda, 17-26-da Hacıqabulda vətəndaşlara səyyar xidmət göstəriləcək.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.