Övladının xarici universitetə qəbulu üçün müraciət edən valideyn təhsil şirkəti tərəfindən aldadıldığını iddıa edir.
Günel Ələkbərova deyir ki, Zenit Xaricdə Təhsil şirkəti oğlunun Moskavada bir universitetə qəbul alması və sənədlərinin apostil edilməsi üçün onlara vəd verib.
Valideyn bilidir ki, şirkətə 1500 manat xidmət haqqı, 410 manat apostullu sənəd, 567 manat yarım smestr üçün təhsilhaqqı olmaqla 2477 manat ödəniş edib. Apostil olunmuş sənəd isə razılaşdırılmış vaxtda hazır olmayıb. Bu müddətdə isə övladı hərbi xidmətə çağırılaraq qeydiyyata alınıb və təhsil planı baş tutmayıb.
Günel Ələkbərova iddia edir ki, artıq üzərindən 1 ay keçməsinə baxmayaraq hələ də onlara apostil olunmuş sənəd verilməyib. Bu gün sabah deyə deyə vaxt uzadılıb övladı artıq əsgər gedir. O, isə razılaşdırılan vaxtda təhsil planı baş tutmadığı üçün ödənişini geri tələb edir.