Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Siyasət

“Özgür Özəlin Prezident İlham Əliyevə telefon zəngində qeyri-adi heç nə yoxdur”

Paylaş:
“Özgür Özəlin Prezident İlham Əliyevə telefon zəngində qeyri-adi heç nə yoxdur”
Bizi Google News-da izləyin

Zəfər Günü münasibətilə Türkiyə Yeni Partinin sədri Özgür Özəlin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində və Azərbaycan xalqına təbriklərini çatdırmasında qeyri-adi heç nə yoxdur. 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Özgür Özəl Türkiyədə ana müxalifətin lideri statusunda olsa da, ölkəsinin Azərbaycanla strateji müttəfiqliyin davam etdirilməsində Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan qədər maraqlıdır: “Bu səbəbdən Özgür Özəlin İlham Əliyevlə telefon danışığı Rəcəb Tayyib Ərdoğanın da maraqlarına cavab verir. Özgür Özəlin İlham Əliyevlə telefon danışığının münasibətlərdəki son böhranla əlaqəsinin olduğunu düşünmürəm. Həmin Özgür Özəl 2024-cü ilin noyabrın 8-də də İlham Əliyevə zəng edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə dövlət başçısını təbrik etmişdi. Özgür Özəl iki əvvəlki telefon danışığında Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini xatırlatmışdı. Yeni Partiya lideri bundan başqa o zaman sədri olduğu Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini İlham Əliyevin diqqətinə çatdırmışdı. Telefon zənginə və təbriklərə görə Özgür Özələ təşəkkürünü bildirən  İlham Əliyev həmin telefon danışığında qeyd etmişdi ki, əvvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğulamışdı. Özgür Özəlin hazırda lideri olduğu Yeni Partiya Türkiyə cəmiyyətində kifayət qədər dəstəyə malikdir. İki il sonra Türkiyədə Prezident seçkisi keçiriləcək. Yeni Partiyanın dəstəkləyəcəyi namizədin dövlət başçısı seçilməsi ehtimalı az deyil. Bu baxımdan bu partiya ilə qurulan dialoq Azərbaycan-Türkiyə ittifaqının güclənməsinə xidmət edir. Yaxın müddətdə Rəcəb Tayyib Ərdoğanın müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalının da Azərbaycana səfəri reallaşa bilər. Türkiyədə millətçi partiya, siyasətçi və ekspertlərin Azərbaycanla münasibətlərə əhəmiyyət verməsi iki ölkə arasındakı yaranan böhranların ortadan qaldırılmasında xüsusi rol oynayır”.

Paylaş:

Ən son xəbərlər