"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır".
Bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüsü ilə keçirilən "MaskOFF" adlı panel müzakirələrində çıxışı zamanı bildirib.
Keçirilən tədbirdə gənclər iştirak ediblər. Hökumət rəhbəri, həmçinin 2029-cu ildə Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminin tətbiqinə dair qərarın veriləcəyinə və akademik şəhərciyin inşasına başlanacağına inandığını qeyd edib.