Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” adlı konsert proqramı təşkil olunub.
Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, sənət aləminin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Diqqətçəkən məqamlardan biri Xalq artisti, deputat Polad Bülbüloğlunun tədbirə Əməkdar artist, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərova ilə birlikdə gəlməsi olub. Onlar yubiley tədbirini yanaşı izləyiblər. Elektronika məhsulları
