Bakıda polkovnikin idarə etdiyi avtomobillə qadını vuraraq ölümünə səbəb olduğu hadisənin bəzi detalları məlum olub.
Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Məhəmməd Naxçıvani küçəsində yerləşən 15 mərtəbəli binanın yeraltı dayanacağında baş verib.
Binanın komendantı Etibar Qasımovun sözlərinə görə, həyatını itirən Esmira Sadıqova həyətdəki zibil qutularından məişət tullantıları toplayırmış:
"Həyətdə bir nəfər xəbər verdi ki, qarajda qadın yıxılıb. Biz dərhal qaraja getdik. Qadının yerdə uzandığını gördük. Üç-dörd dəqiqə sonra qonşumuz Həsən müəllim təcili yardıma zəng etdi. Təcili yardım gəldi. Bizim köməyimizlə qadını xərəyə qoyub xəstəxanaya apardılar. Bir neçə saat sonra onun xəstəxanada vəfat etdiyi məlum oldu".