Polşanın Krakov meydanında silahlı hücumla altı nəfəri öldürən şəxs xəstəxanada ölüb.
Bu barədə yerli polis orqanı məlumat yayıb.
Məlumata görə, Polşa sakini polis əməkdaşları ilə atışma zamanı yaralanıb.

Qeyd edək ki, 8 noyabrda Krakovda bazar meydanında avtomobildən yoldan keçənlərə atəş açılıb. Altı nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralananlar arasında iki polis məmuru və Rusiya, Britaniya vətəndaşları da olub.
Hücumun motivi hələ də məlum deyil. Polşa Baş nazir Donald Tusk hadisəni terror aktı adlandırıb.
Daha sonra hücum edən şəxsin evində üç nəfərin meyiti tapılıb. Onların silahlı şəxsin ailə üzvləri olduğu bildirilib.
APA