Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı AÇIQLAMA

Paylaş:
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı AÇIQLAMA
Bizi Google News-da izləyin

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb.

Universitet insidentlə bağlı açıqlama yayıb.

Bildirilib ki, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib:

“Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib.

Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb”.

Paylaş:

Ən son xəbərlər