Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Aminə Kərimovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilib, İmişli Rayon Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin olunub.
İttihama görə, hadisə 2026-cı ildə saat 12 radələrində İmişli şəhəri ərazisində baş verib.
Belə ki, Aminə Kərimova yaşadığı evin həyətyanı sahəsində, həyətləri mişar daşı ilə ayrılmış mərhum qardaşının ailə üzvləri ilə birgə yaşadığı fərdi yaşayış evinin qarşısında qardaşının həyat yoldaşı, zərərçəkmiş Nailə Kərimova ilə mübahisə edib.