Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO

Paylaş:
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
Bizi Google News-da izləyin

Külli miqdarda pul verib mənzil aldılar, lakin məznilin onlarla bərabər bir neçə şəxsə satıldığını öyrəndilər...

Bu iddia ilə paytaxt sakini Əzizağa Quluzadə və bir neçə zərərçəkən "Xəzər Xəbər"ə müraciət edib.

Şikayətçilərin iddiasına görə, paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında yerləşən "İnşaat Konstruksiyaları" MMC-yə məxsus binada eyni mənzillər bir neçə nəfərə satılıb. Əzizağa Quluzadə iddia edir ki, 2024-cü ildə aldığı mənzil qanunsuz olaraq şirkətin təsisçisi Rauf Əliyev tərəfindən başqa şəxsə satılıb, qapısı dəyişdirilib, onun mənzilinin sənədlərinin isə saxta olduğu bildirilib.

Şikayətçilər bildirirlər ki, şirkət onlara mənzillərini geri ala bilmək üçün ödədikləri pulun yenidən 2 qatını ödəmələrini istəyib. Onlar aidiyyəti qurumların problemin həlli üçün yardım göstərmələrini istəyirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Paylaş:

Ən son xəbərlər