Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Rəhbərləri həbs olunan "Giləzi"dəki antisanitar vəziyyətin görüntüləri - VİDEO

Paylaş:
Rəhbərləri həbs olunan "Giləzi"dəki antisanitar vəziyyətin görüntüləri - VİDEO
Bizi Google News-da izləyin

"Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" MMC-nin saxlama anbarlarında antisanitar vəziyyəti əks etdirən görüntülər yayılıb.

Videomaterial Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən paylaşılıb.

Bildirilib ki, anbarlarda 400 tondan artıq yararsız toyuq məhsulu aşkarlanıb:

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə əhalinin həyat və sağlamlığının, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması, habelə qida təhlükəsizliyi sahəsində hüquqpozuntuların, o cümlədən insan həyatı və sağlamlığı üçün təhlükəli məhsulların istehsalı və dövriyyəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

AQTA tərəfindən "Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" MMC-nin saxlama anbarlarında etiketlərində göstərilən yararlılıq müddəti bitmiş, eləcə də istehsal tarixi gələcək tarix göstərilməklə etiketlənmiş və aşkar korlanma əlamətləri müşahidə olunan toyuq əti məhsulları aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq tədbirləri çərçivəsində insan həyatı və sağlamlığı üçün təhlükəli, yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti məhsulunun Xızı rayonunda yerləşən cəmiyyətə məxsus istehsal sahəsində yararlı məhsullarla birlikdə satış məqsədilə saxlanıldığı müəyyən olunub.

Bununla bağlı aidiyyəti dövlət qurumu tərəfindən zəruri tədbirlər davam etdirilir".

Xatırladaq ki, noyabrın 25-də "Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" MMC-də təhlükəli toyuq əti məhsullarının dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib.

Paylaş:

Ən son xəbərlər