Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Rusiyada 12 il əvvəl qətl törədən azərbaycanlı ilə bağlı QƏRAR

Paylaş:
Rusiyada 12 il əvvəl qətl törədən azərbaycanlı ilə bağlı QƏRAR
Bizi Google News-da izləyin

Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən N.Qubadlının barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama əsasən, hadisə 2018-ci ildə Rusiya Federasiyasının yerli vaxtı ilə saat 15 radələrində Kemerovo vilayətinin Prokopyevsk şəhərində baş verən mübahisə ilə başlayıb. 

N.Qubadlı rəsmi qeydiyyatdan keçmədən şərikli ticarət fəaliyyəti ilə məşğul olduğu şəxsə məxsus “Mamedov” kafesində olub. Həmin vaxt onun şərikinin övladı, Rusiya Federasiyası vətəndaşı ilə aralarında mübahisə yaranıb.

İttihamda göstərilib ki, N.Qubadlı həmin şəxsin onun ünvanına dediyi sözləri özünə qarşı nalayiq və ləyaqəti alçaldan ifadələr hesab edib və buna görə aralarında mübahisə baş verib.

Mübahisə müəyyən müddət sonra dayandırılıb.

Münasibətlərə aydınlıq gətirmək məqsədilə N.Qubadlı mobil telefon vasitəsilə T.Məmmədov ilə əlaqə saxlayaraq görüş təyin edib.

O, özünün idarə etdiyi “VAZ-21043” markalı avtomobillə T.Məmmədovun yaşadığı ünvana gedib. Onu avtomobilə əyləşdirdikdən sonra onu Prokopyevsk şəhəri, 10-cu mikrorayon, Yesenin küçəsindəki evin qarşısında yerləşən qaraj kompleksinə aparıb. 

İttihamda qeyd olunub ki, yerli vaxtla saat 00:25-dən 00:58-dək olan müddətdə tərəflər arasında əvvəlki mübahisənin davamı olaraq yenidən kəskin sözlü mübahisə yaranıb. N.Qubadlı gündüz saatlarında kafedə onun ünvanına işlətdiyi ifadələrə görə ondan üzr istəməməsinə əsəbiləşib.

Mübahisə zamanı N.Qubadlı avtomobildə saxladığı deşici-kəsici aləti götürüb. O, şəxsi münasibətlər zəminində qisas almaq və T.Məmmədovu qəsdən öldürmək məqsədilə həmin alətlə zərərçəkmişə yaxın məsafədən üç dəfə zərbə endirib. Nəticədə T.Məmmədov aldığı xəsarətlərdən ölüb.

Hadisədən sonra N.Qubadlı qaçaraq uzun müddət istintaqdan yayınıb. Daha sonra o, 2002-ci ildə saxlanılıb, 2024-cü ildə Azərbaycana ekstradisiya edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. N.Qubadlıya 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhkəmə həmçinin onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən edib. 

Hökmə əsasən, N.Qubadlının 2022-ci ildən 2024-cü ilədək ekstradisiya məqsədilə həbsdə və deportasiya məqsədilə saxlanıldığı ümumilikdə 2 il 24 gün müddət nəzərə alınıb. Həmin müddət azadlıqdan məhrumetmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq cəzadan çıxılıb. Bunun nəticəsində N.Qubadlıya qəti olaraq 9 il 11 ay 6 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Mülki iddiaçı zərərçəkmişin ölümü ilə bağlı 233 580 manat məbləğində maddi ziyanın tutulmasını tələb edib. Lakin məhkəməyə həmin məbləğin yaranmasını təsdiq edən hər hansı sübut təqdim edilmədiyi üçün maddi ziyanla bağlı tələb baxılmamış saxlanılıb. Hüquqi varisin 20 000 manat məbləğində mənəvi ziyanla bağlı tələbi isə qismən təmin edilib.

Məhkəmə mənəvi ziyana görə 10 min manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat olmaqla, ümumilikdə 10 120 manatın təqsirləndirilən şəxs və mülki cavabdeh N.Qubadlıdan tutularaq zərərçəkmişin hüquqi varisinə ödənilməsinə qərar verib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər