Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

“Sabah” - “Barselona” oyununda azarkeşin ölümü: Rusiya səfirliyi hərəkətə keçdi

Paylaş:
“Sabah” - “Barselona” oyununda azarkeşin ölümü: Rusiya səfirliyi hərəkətə keçdi
Bizi Google News-da izləyin

Rusiyanın Azərbaycandakı səfirliyi noyabrın 25-də Bakıda vəfat edən Rusiya vətəndaşı Anton Petrişevin yaxınları ilə əlaqə saxlayır.

Bu barədə "Krasnoyarsk onlayn"a Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsindən bildirilib.

Qeyd olunub ki, diplomatlar Petrişşevin vəfatı barədə məlumatı rəsmi orqanlardan əldə ediblər.

“Rusiyanın Azərbaycandakı səfirliyi lazımi köməkliyin göstərilməsi məqsədilə A.A.Petrişşevin yaxınları ilə əlaqə saxlayır”, – deyə konsulluq şöbəsindən bildirilib.

Xatırladaq ki, noyabrın 25-də Bakıda “Sabah” və “Barselona” komandaları arasında keçirilən futbol matçı zamanı Rusiya vətəndaşı Anton Petrieş vəfat edib.

38 yaşlı Anton Petrişev matça baxmaq üçün bir gün əvvəl 11 yaşlı oğlu ilə birlikdə Azərbaycana səfər edib. Onun halının pisləşdiyi və qəfil vəfat etdiyi bildirilir.

Hadisə şahidləri tibbi yardım çağırsalar da onun həkiməqədər ömü faktı qeyə alınıb.

Trend

Paylaş:

Ən son xəbərlər