Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfər hər birimiz üçün qürur mənbəyi və müstəqil dövlətçiliyimizin şanlı səhifəsidir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və "Bakı Metropoliteni" QSC-nin dəstəyi ilə “28 May” metrostansiyasında Qələbəmizə həsr olunmuş “Zəfər arzuları” layihəsi həyata keçirilib. Tədbir zamanı sərnişinlərə və iştirakçılara kiçik kağız vərəqlərində Qələbə ilə bağlı ən səmimi ürək sözlərini və arzularını qələmə almaq, daha sonra isə onları mərkəzi hissədə quraşdırılmış lövhənin üzərinə yapışdırmaq imkanı yaradılıb.