Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Səhər yeməyi üçün ən uyğun vaxt hansıdır? - Mütəxəssisdən açıqlama

Paylaş:
Səhər yeməyi üçün ən uyğun vaxt hansıdır? - Mütəxəssisdən açıqlama
Bizi Google News-da izləyin

"Səhər yeməyini yuxudan oyandıqdan sonra bir-iki saat ərzində yemək lazımdır".

Bu barədə diyetoloq Merve Ceylan "Health" nəşrinə müsahibəsində danışıb.

O, səhər yeməyi üçün optimal vaxtı açıqlayıb.

Merve Ceylan izah edib ki, oyandıqdan dərhal sonra qida qəbulu enerji ehtiyatlarının bərpasına kömək edir və daxili bioloji saatın işini dəstəkləyir ki, bu da maddələr mübadiləsinə öz təsirini göstərir. Bundan əlavə, səhərlər orqanizm insulinə daha həssas olur və qlükoza səviyyəsini yaxşı tənzimləyir.

"Yeddi mindən çox insanın iştirakı ilə aparılan araşdırma göstərdi ki, səhər gec yemək qanda şəkər səviyyəsinin yüksəlməsi və insulin müqaviməti ilə əlaqəlidir", - deyə mütəxəssis qeyd edib.

Merve Ceylan əlavə edib ki, səhər yeməyi üçün optimal vaxt müxtəlif insanlarda fərqli ola bilər və yuxu rejimindən, fərdi xüsusiyyətlərdən və sağlamlıq vəziyyətindən asılıdır. Diyetoloqun sözlərinə görə, əgər insan vaxtaşırı səhərlər yemək yeməzsə, heç bir pis şey baş verməz. Lakin səhər yeməyindən müntəzəm olaraq imtina etmək piylənmə, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır./Oxu.az

Paylaş:

Ən son xəbərlər