Elgiz Əkbərin özünə məxsus YouTube kanalında yayımlanan “Şadlıq olsun” layihəsinin ARB Televiziyası ilə heç bir əlaqəsi yoxdur.
Elgiz Əkbərlə bağlı açıqlama: Bu televiziyanın əməkdaşıdır
Pravda.az-ın xəbərinə görə, bu barədə ARB TV-dən bildirilib.
“Layihənin çəkilişləri zamanı ARB Televiziyasına məxsus texniki avadanlıqdan, pavilyondan və əməkdaşların xidmətindən istifadə olunmur. Elgiz Əkbər hazırda ARB Televiziyasının əməkdaşı olsa da, hələ ki televiziyanın heç bir layihəsində iştirak etmir və hər hansı layihə üzrə öhdəlik daşımır”, - məlumatda qeyd olunub.