Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Eyyub Hüseynov: ““Qara cümə” əslində istehlakçıların qara günüdür”

Paylaş:
Eyyub Hüseynov: ““Qara cümə” əslində istehlakçıların qara günüdür”
Bizi Google News-da izləyin

Hər il noyabr ayının dördüncü cümə günü dünyada “Black Friday”, yəni “qara cümə” günləri keçirilir. Əksər mağazalarda bu günlə bağlı məhsullara xüsusi endirimlər təşkil edilir. Son illər bu ənənə ölkəmizdə də formalaşmağa başlayıb. "Black Friday" günlərində endirim olsa da bu il satışların daha yüksək qiymətə olması müşahidə edilir. Əvvəlki illərlə müqayisədə demək olar ki endirim yoxdur ya da yalançı endirim başlıqlarını reklam edirlər. 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, qara cümə əslində istehlakçıların qara günüdür. 

E.Hüseynov qeyd edib ki, bu günlərdə əksər hallarda keyfiyyətsiz, istehsala, istehlaka yararlı olmayan mallar satılır: “Necə deyərlər, “basabas kampaniyası” keçirilir, istekçıların hüquqları pozulur. Həmişə o kampaniyalardan sonra İstehlakçılar Birliyinə gələn zənglərin, şikayətlərin sayı çoxalır. Məsələn, “Park Bulvar”ın avtomobil dayanacağında, zirzəmidə çoxsaylı biznes qurumlarının sənaye mallarının satışı həyata keçirilir. Mən ora baş çəkdim, gördüm ki, qiyməti heç də aşağı deyil, hətta satılmamış mallar olsa belə qiymətləri çox yüksəkdir. Əslində qara cümə günlərində tələb təklifi üstələdiyi üçün mütləq endirim yox, yüksək qiymət, yararsız malların satışı meydana çıxır”.

E.Hüseynovun sözlərinə görə, istehlakçıların bu günlərdə də aldığı mallar onların tələbatını ödəməzsə, dəyişmək və qaytarmaq hüquqları var: “İstehlakçılara məsləhət görürəm ki, mürəkkəb texniki vasitələri aldıqları zaman onun bütün düymələrini basıb yerində yoxlasınlar. Televizorlar alarlarsa, xarici antenaya çıxışı yoxlasınlar. Mütləq zəmanət kağızı alsınlar. Ödədikləri pulun kassa qəbzini uzun müddət saxlasınlar. Problem olarsa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək hüquqlarını qorumaq üçün addımlar atsınlar”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər