Litva Aİ-Azərbaycan münasibətlərində xüsusi rol oynayacaq.
Bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Litva Aİ-Azərbaycan münasibətlərində xüsusi rol oynayacaq.
Bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Litva Aİ Şurasının sədri kimi Azərbaycanla Aİ ölkələri arasında viza rejiminin sadələşdirilməsinə dəstək göstərəcək.
Nazir əlavə edib ki, təkcə müzakirələri deyil, hər iki tərəfdə müvafiq hüquqi prosesləri də yenidən başlamaq lazımdır: “Mən həqiqətən inanıram ki, səfərlər üçün daha əlverişli şərtlərin yaradılması və təmasların artırılması qarşılıqlı anlaşmanı gücləndirir, ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır”./APA