Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib

Paylaş:
Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib
Bizi Google News-da izləyin

Azərbaycan və Litva XİN rəhbərləri daha geniş coğrafiyada olan prosesləri müzakirə edib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.

“Biz daha geniş coğrafiyada baş verən proseslərlə bağlı müzakirələr apardıq. Bu sahədə çox ciddi narahatlıq doğuran məqamlar var. İlk növbədə, Rusiya-Ukrayna müharibəsi və bunun daha geniş coğrafiya üçün mənfi nəticələri, Yaxın Şərqdə gərginliyin davam etməsi, İran ətrafındakı vəziyyətin sabitləşməməsi və mövcud risk faktorları ətrafında fikir mübadiləsi aparıldı. Müharibə və münaqişələrə son qoyulması, diplomatik həll yollarının tapılması son dərəcə önəmlidir. Cənab nazirin Azərbaycana səfərini ümumilikdə uğurlu hesab edirəm”, - nazir qeyd edib.

APA

Paylaş:

Ən son xəbərlər