Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
İqtisadiyyat

SOCAR-ın törəmə şirkəti İsraildə qaz quyusunun qazılmasına başlayıb

Paylaş:
SOCAR-ın törəmə şirkəti İsraildə qaz quyusunun qazılmasına başlayıb
Bizi Google News-da izləyin

SOCAR-ın strukturuna daxil olan “Caspian Drilling Company” (CDC) şirkəti İsrailin cənubunda qaz perspektivli quyunun qazılmasına başlayıb.

Bu barədə CDC məlumat yayıb.

Məlumata görə, şirkət “Mosestro” şirkətinin sifarişi əsasında "Sifra North 01" quyusunda qazma işləri aparır.

""Caspian Drilling Company Ltd" (CDC) və Kompleks Qazma İşləri Tresti (KQİT) sifarişçimiz "Mosestro" üçün İsraildə "Sifra North 01" quyusunda birgə qazma işlərinə başlanıldığını məmnuniyyətlə bildirirlər. Qazma öncəsi yoxlama siyahısı üzrə bütün yoxlamalar tamamlandıqdan sonra 22 noyabr 2026-cı il saat 11:20-də quyunun qazılmasına başlanılıb. Bu mühüm mərhələ hər iki komandanın hazırlığını və əlaqələndirilmiş işini əks etdirir. Sifarişçimiz Mosestro-ya, layihə tərəfdaşlarımıza və hazırlıq işlərinə töhfə verən hər kəsə təşəkkür edirik. CDC və KQİT qazma işlərinin təhlükəsiz və səmərəli aparılması üçün sıx əməkdaşlığı davam etdirəcəklər", - məlumatda qeyd olunur.

Paylaş:

Ən son xəbərlər