Tavada dadlı və xırtıldayan balıq qızartmaq üçün balığın təzəliyinə, düzgün təmizlənməsinə və yağın temperaturuna diqqət yetirmək lazımdır.
Pravda.az bildirir ki, təzə balığın gözləri parlaq, pulcuqları sıx, dərisi elastik olmalı və xoşagəlməz qoxusu olmamalıdır. Balıq təmizləndikdən sonra yuyulmalı və kağız dəsmalla yaxşıca qurudulmalıdır.
Qızartma zamanı balığın qarğıdalı ununa batırılması onun daha xırtıldayan olmasına kömək edir. Əvvəlcədən qızdırılmış tavaya yağ əlavə edilir, balıq hər iki üzü qızılı rəng alana qədər bişirilir. Hazır balığın kağız dəsmal üzərinə qoyulması artıq yağın çəkilməsini təmin edir.