Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

9 saatdan çox yatmaq ürək üçün təhlükəlidir

Paylaş:
9 saatdan çox yatmaq ürək üçün təhlükəlidir
Bizi Google News-da izləyin

Gecə 9 və ya daha çox saat yatmaq ürək-damar xəstəliklərindən vaxtından əvvəl ölüm riskinin artdığını göstərə bilər.

Bununla bağlı araşdırma "PLOS One" jurnalında dərc olunub.

Alimlər ürək-damar xəstəliyi olan 3287 ABŞ sakininin məlumatlarını təhlil ediblər.

İştirakçılar yuxu müddətinə görə üç qrup olmaqla 6 saata qədər, 7-8 saat və 9 saat və daha çox qrupuna bölünüblər. 15 illik müşahidə dövründə iştirakçıların təxminən yarısı vəfat edib. Onların 17%-i ürək-damar xəstəliklərindən, 33%-i isə digər xəstəliklərdən ölüb.

Araşdırmaya görə, 9 saat və daha çox yatanlarda hər hansı səbəbdən ölüm riski 7-8 saat yatanlarla müqayisədə 51% yüksək olub. Ürək-damar xəstəliklərindən ölüm riski isə 53% daha yüksək olub.

Ən aşağı risk gecə təxminən 6-7 saat yatanlarda müşahidə olunub.

Bakıvaxtı.az

Paylaş:

Ən son xəbərlər