Hacıqabulda bu gün baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Rəsulzadə küçəsində, qətlə yetirilən Davud Abbasovun həyətində baş verib. Cinayət ailə münaqişəsi zəminində törədilib.

İlkin məlumata görə, Asim İmanov həyat yoldaşı ilə mübahisə edib və qadın atasının evinə gedib. Asim isə bir neçə gündən sonra qayınatası ilə görüşüb, həyat yoldaşının geri qayıtmasını istəyib. Kürəkənlə qayınata arasında mübahisə yaranıb və nəticədə Asim İmanov bıçaqla qayınatasına üç bıçaq zərbəsi endirib. D.İmanov aldığı xəsarətlərdən ölüb. A.İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az