Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Tavaların təmizlənməsi zamanı yol verilən səhvlər

Paylaş:
Tavaların təmizlənməsi zamanı yol verilən səhvlər
Bizi Google News-da izləyin

Mətbəxdə ən çox istifadə olunan əşyalardan biri olan tavaların müntəzəm və düzgün təmizlənməsi onların istifadə müddətini uzadır. Tavanın materialına uyğun təmizləyici vasitələrin seçilməsi, səthin cızılmasının və örtüyün zədələnməsinin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Pravda.az bildirir ki, təmizlik zamanı isti su, qabyuyan maye və yumşaq süngərdən istifadə etmək tövsiyə olunur. Teflon, qranit və keramika tavaları metal süngər və sərt fırçalarla təmizləmək olmaz. Əks halda, yapışmayan örtük zədələnə bilər.

Yanmış və dibinə yemək yapışmış tavaları təmizləmək üçün soda və sirkədən istifadə etmək mümkündür. Bunun üçün tavaya isti su əlavə edilir, üzərinə bir qədər soda və ya sirkə tökülərək gözlədilir. Yumşalmış qalıqlar daha sonra yumşaq süngərlə təmizlənir.

Çuqun tavaların təmizliyində isə fərqli yanaşma tələb olunur. Belə tavaların isti su ilə yuyulması, tam qurudulması və səthinin nazik bitki yağı təbəqəsi ilə yağlanması məsləhət görülür. Bu üsul paslanmanın qarşısını almağa kömək edir.

Mis tavaların qaralmış səthini təmizləmək üçün limon və duzdan, polad tavalar üçün isə isti su və qabyuyan vasitədən istifadə edilə bilər. Alüminium tavaların təmizlənməsi zamanı da səthin cızılmamasına diqqət yetirilməlidir.

Yeni alınan tavalar ilk istifadədən əvvəl isti su və yumşaq yuyucu vasitə ilə yuyulmalı, yaxşıca qurudulmalıdır. Çuqun və karbon polad tavaların səthinin yağlanması da onların daha uzunömürlü olmasına kömək edir.

Əminə Bayramova

Paylaş:

Ən son xəbərlər