Yemək termosları qidaların temperaturunu uzun müddət qoruyaraq gündəlik həyatda, işdə, məktəbdə və səyahətlərdə rahatlıq yaradır. Bu məhsullardan düzgün istifadə həm yeməyin keyfiyyətinin, həm də qida təhlükəsizliyinin qorunması baxımından vacibdir.
Pravda.az bildirir ki, termosun istilik saxlama qabiliyyətini artırmaq üçün isti yemək əlavə edilməzdən əvvəl qabın içərisinə qaynar su tökülərək 2 dəqiqə gözlədilməsi tövsiyə olunur. Soyuq qidalar üçün isə eyni üsul soyuq su ilə tətbiq edilə bilər.
Paslanmayan poladdan hazırlanan keyfiyyətli yemək termosları xüsusi vakuum izolyasiyası sayəsində qidaların temperaturunu saatlarla qoruyur. Modelindən asılı olaraq bu müddət 6-15 saat arasında dəyişə bilər.