Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə Eldəniz Qulamovun yeni vəkili Faiq Nəcəfovun prosesə qoşulması barədə qərar qəbul edilib.
Cinayət işi materiallarında olan sənədlərin ekspertizaya göndərilməsi barədə vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirikən hər iki şəxsin vəkilləri çıxış edərək müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.