Son illər mətbəxlərdə geniş istifadə olunan silikon ləvazimatların sağlamlığa təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Pravda.az bildirir ki, elastik quruluşu, yapışmayan səthi və yüksək temperatura davamlılığı ilə seçilən bu məhsullar yemək hazırlanmasında rahatlıq yaradır.
Qida ilə təmasa uyğun standartlara əsasən istehsal edilmiş və düzgün istifadə olunan silikon mətbəx ləvazimatları sağlamlıq üçün təhlükəsiz hesab edilir. Lakin məhsulun keyfiyyəti, sertifikatları və istiliyə davamlılıq həddi nəzərə alınmalıdır.
Keyfiyyətli silikon məhsullar adətən 200-230 dərəcə temperaturda davamlı istifadəyə, qısa müddət ərzində isə 250-260 dərəcəyədək istiliyə tab gətirə bilir. Bununla belə, hər məhsulun üzərində göstərilən temperatur həddinə əməl etmək vacibdir.