Bakının Biləcəri qəsəbəsində, “Avtovağzal” metro stansiyasının yaxınlığında yerləşən Kristalın Biləcəri Yaşayış Kompleksində mənzil seçimləri məhdudlaşır. Hazırda layihədə 50,16 kv.m sahəli 2 otaqlı studiyalardan 109,34 kv.m sahəli 4 otaqlı mənzillərə qədər seçimlər satışdadır.
Kompleksdə həm daha kompakt yaşayış sahəsi axtaranlar, həm də geniş ailələr üçün müxtəlif mənzil variantları mövcuddur. Satışda olan 2 otaqlı studiyaların sahəsi 50,16–56,09 kv.m, 3 otaqlı studiyaların sahəsi 75,16–77,64 kv.m, 3 otaqlı mənzillərin sahəsi isə 87,60–105,35 kv.m arasında dəyişir. Daha geniş mənzil axtaranlar üçün 109,34 kv.m sahəli 4 otaqlı mənzillər də təklif olunur.
Tikinti mərhələsində olan mənzilləri 27 100 AZN-dən başlayan ilkin ödənişlə, 20 ilədək ipoteka vasitəsilə əldə etmək mümkündür.
Alıcılar həmçinin illik 8%-dən başlayan faiz dərəcəsi ilə güzəştli kredit və Kristalın “Evini hissə-hissə al” modelindən də yararlana bilərlər. Hissəli alış modeli mənzilin sahəsini faiz və aylıq ödəniş öhdəliyi olmadan mərhələli şəkildə əldə etməyə imkan verir.


