Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Azər Həsrət: “Güney Azərbaycan Cümhuriyyəti yaradılacaq, Azərbaycan Respublikası ilə həmsərhəd olacaq”

Paylaş:
Azər Həsrət: “Güney Azərbaycan Cümhuriyyəti yaradılacaq, Azərbaycan Respublikası ilə həmsərhəd olacaq”
Bizi Google News-da izləyin

İranın ali liderinin müşaviri Məhəmməd Müxbir sosial şəbəkə hesabında TRİPP layihəsinin praktik mərhələsinin başlanması ilə bağlı yazıb ki, İranın bölgədəki geosiyasi maraqları bizim qırmızı xəttdir və biz onun keçilməsinə icazə verməyəcəyik. Hörmüz boğazının nümunəsindən dərs çıxarın. O, TRİPP layihəsini “saxta marşrut” adlandırıb.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət deyib ki, İran həmişəki kimi boş danışır. 

O, İranı boş qazana bənzədib: “Boş qazan kimi içi boşdur, amma səs edir. Çünki Zəngəzurdan keçəcək dəhliz bütövlükdə TRİPP layihəsi, yaxud bu yolun Pekindən başlayıb, Londonda bitəcək genişliyi ondan xəbər verir ki, çox önəmli bir layihə haqqında danışılır. Belə bir şəraitdə İranın kirli burnunu buraya soxması üçün heç bir imkan yoxdur. Ay “qırmızı xətt”, “sarı və ya göy xətt”... İran özü üçün xəyallar qurur, xəttlər çızır. İddia edir ki, kimsə o xətti keçə bilməz. Amma biz o iddiaları illərdir, eşidirik. Sadəcə günün birində Amerika və İsrail bombaları İranın təpəsinə elə yağdı ki, onun ali dini rəhbəri, hərbi rəhbərliyi, ayrı-ayrı alimləri öldürüldü. İran heç səsini də çıxara bilmədi. Bağırdı, çağırdı, amma nə ABŞ, nə də İsrailə qarşı hansısa ciddi addım ata bildi. Bu baxımdan durub onların danışmasına əhəmiyyət verməyə ehtiyac yoxdur”.

A.Həsrət qeyd edib ki, TRİPP ABŞ-nin nəzarətində, himayəsində olan layihədir: “Bunu İranın dayandırması üçün heç bir real gücü yoxdur. İran hər hansısa bir şəkildə layihənin icrasına müdaxilə edə bilməyəcək. Bilməsi də mümkün deyil. Üstəlik İran özünün dövlət olaraq qalıb-qalmaması məsələsini bir gündəmə gətirsin. Faktiki olaraq dünya gücləri İranı parçalayıb yerində müstəqil dövlətlər qurmağa hazırlaşırlar. Onlardan biri də Güney Azərbaycan cümhuriyyətidir. Bu İran ərazisində Azərbaycan Respublikası ilə həmsərhəd yeni dövlət olacaq. Artıq İranın nəinki Zəngəzur dəhlizinə, ümumiyyətlə bölgəyə hansısa təsirindən danışa bilmərik. Boş sözlərdir və əhəmiyyət vermədən keçə bilərik”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər