“Bank Respublika” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.
Məlumata görə, Elnur Həsənov sözügedən vəzifədən ayrılıb.
Qeyd edək ki, E.Həsənov 2005-ci ildən bankda Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb. O, 2009–2015-ci illərdə İdarə Heyətinin üzvü, 2015-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin müavini olub.
E.Həsənov bankın pərakəndə bankçılıq, marketinq, informasiya texnologiyaları, biznesin inkişafı və xəzinədarlıq istiqamətlərinə rəhbərlik edib.
Son kadr dəyişikliklərindən sonra bankın İdarə Heyəti üç nəfərdən ibarətdir. İdarə Heyəti sədrinin müavini Aslan Abasov sədrin vəzifələrini müvəqqəti icra edir, Anar Həmidov və Tələt Orduyev isə İdarə Heyətinin üzvləridir.
Xatırladaq ki, “Bank Respublika” “AccessBank” QSC-nin səhmlərinin 100%-ni alıb. “Bank Respublika”nın İdarə Heyətinin sabiq sədri Tariyel İsmayılov “AccessBank”ın İdarə Heyətinin sədri təyin edilib./Plat.az