Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
İnfrastruktur

Bakıda avtobuslar üçün xüsusi işıqfor istifadəyə verilib

Paylaş:
Bakıda avtobuslar üçün xüsusi işıqfor istifadəyə verilib
Bizi Google News-da izləyin

Paytaxtda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud svetofora avtobuslar üçün ayrıca quraşdırılan svetofor artıq istifadədədir. Avtobus sürücüləri həmin svetoforun siqnallarına uyğun şəkildə hərəkəti davam etdirirlər.

Qeyd edək ki, avtobus svetoforlarının quraşdırılmasında əsas məqsəd avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Paylaş:

Ən son xəbərlər