İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib.
Bakı Bəyannaməsi qəbul edilib
Milli Məclisin sədri Sahibə Qafarova bu bəyannamənin qəbul edilməsinin parlamentlərarası dialoqun davamlılığının təmin edilməsi və ona daha konkret məzmun verilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Parlamentin sədri bildirib ki, onun müddəalarının həyata keçirilməsi ikitərəfli əməkdaşlığın qanunvericilik əsaslarının möhkəmlənməsinə və dövlətlərimizin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaların icrasına töhfə verəcək.