Yol tikintisinə görə bu ərazidəki fərdi evlər söküləcək.
Görüntülər paytaxtın Nərimanov rayonundadır. Söküntü işləri "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini əlaqələndirən yeni yolun inşası ilə bağlıdır.