Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.
Hadisə Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil "KamAZ" markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində "Mercedes Vito"nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb.