Sosial şəbəkələrdə Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına dair görüntülər yayılıb. Görüntülərdə xəstənin lağ və məsxərə obyektinə çevrildiyi görünür.
Səhiyyə Nazirliyi Psixiatriya Mərkəzindəki görüntülərə münasibət bildirdi
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Pravda.az-a bildirildi ki, sosial şəbəkələrdə yayılan videogörüntülər əvvəlki tarixə aiddir: “Qeyd olunan məsələ ilə bağlı həmin dövrdə müvafiq araşdırma aparılmış, görüntülərdə əks olunan qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb”.
Şəhanə Qədirli