Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zamiq Babayev qardaşı Ziyad Babayev, tanışları Kərəm Məlikzadə və Vüsal Nağısoy (ad və soyadları şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayәtlәri qismәn tәmin edilib, Şәmkir Rayon Mәhkәmәsinin hökmü cәzaya aid hissәdә dәyişdirilib. Ziyad Babayevə 1 il 5 ay 18 gün müddәtә azadlığın mәhdudlaşdırılması, Vüsal Nağısoya isə 1 il 1 ay müddәtә azadlığın mәhdudlaşdırılması cәzası cәzası təyin edilib. Onların barәlәrindә seçilmiş hәbs qәtimkan tәdbiri lәğv olunub vә dәrhal hәbsdәn azad ediliblər.
İttiham aktına görə, Zamiq Babayev qardaşı Ziyad Babayev, tanışları Kərəm Məlikzadə və Vüsal Nağısoy ilə qabaqcadan əlbir olaraq zərərçəkmiş Yusif Hacızadəni (adı, soyadı şərtidir) döymək barədə razılığa gəlib.
Belə ki, hadisə 2025-ci ildə saat 19 radələrində Şəmkir Rayon İdman Kompleksinin yaxınlığında, Bakı-Qazax magistral yolunun Bakı istiqamətində, yolun sağ tərəfində baş verib.