Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı

Paylaş:
Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı
Bizi Google News-da izləyin

Şəmkirdə bir evdən qadın və kişi meyitlərinin tapılması ilə bağlı yeni detallar məlum olub.

Pravda.az-ın Oxu.Az-a istinadən məlumatına görə, rayonun Varlı Həyat kəndində baş verən hadisə zamanı kişi qeyri-rəsmi yaşadığı qadını öldürüb. Bundan sonra isə o intihar edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək, 1968-ci il təvəllüdlü Rəfi Mustafayev kənddə təsərrüfatla məşğul olub. O, ailəsindən ayrılaraq bir müddət tək yaşayıb. Sonra isə meyti tapılan qadınla qeyri-rəsmi yaşamağa başlayıb.

Hadisənin səbəbləri isə hələlik məlum deyil.

Paylaş:

Ən son xəbərlər