Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib

Paylaş:
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib
Bizi Google News-da izləyin

Səudiyyə Ərəbistanı səfirliyi “Adahi” proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirib.

Bu münasibətlə təşkil olunan tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Səudiyyə Ərəbistanı səfirliyi arasında təhvil-təslim aktı imzalanıb.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli bu aksiyanın iki ölkənin müsəlman xalqları arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcəyini bildirib.

Qeyd olunub ki, qurban ətinin ümumi çəkisi 46.5 ton təşkil edir və 7 min ailəni əhatə edəcək.

Paylaş:

Ən son xəbərlər