Şirinləşdirilmiş mineral və qazlı içkilər və çipsilər aksizli malların dairəsinə daxil ediləcək.
Bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Bu cür məhsulların aksizli mallar kateqoriyasına daxil edilməsi müxtəlif ölkələrin təcrübəsində də geniş yayılmış dünya praktikasına uyğundur. Bu cür məhsullar ümumilikdə zərərli məhsullar kateqoriyasına da daxildir. Lakin burada əsas məqsəd bu deyil. Başlıca məqsəd beynəlxalq təcrübədə geniş yayılmış vergi siyasəti praktikasının bu məhsullara münasibətdə də tətbiq edilməsidir”.