Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Təcridxanada düz bağırsağında telefon gizlədən məhkumla bağlı QƏRAR 

Paylaş:
Təcridxanada düz bağırsağında telefon gizlədən məhkumla bağlı QƏRAR
Bizi Google News-da izləyin

Gəncə Apellyasiya Məhkəməsində istintaq təcridxanalarında qadağan olunmuş əşyalar saxlanılmaqda təqsirləndirilən barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama əsasən, Malik Yusifov Penitensiar Xidmətin Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən qadağan olunmuş əşya əldə edib və onu gizli şəkildə üzərində saxlayıb.

Belə ki, o, Nazirlər Kabinetinin 2014-cü il qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının Daxili İntizam Qaydaları”na əsasən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan edilən əşyalar sırasında olan mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib. 

Söhbət bir ədəd işlək vəziyyətdə olan “Nokia” markalı “Mini Phone” modelli mobil telefondan gedir. Telefonun daxilində “Bakcell” danışıq kartı da olub.

Malik Yusifov həmin mobil telefonu təcridxananın ərazisində saxlayıb, gəzdirib və daşıyıb.

İş materiallarında qeyd olunub ki, 2025-ci ildə saat 12:04-də Malik Yusifov təcridxananın tibbi-sanitariya hissəsində rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gizlətdiyi mobil telefon aparatı aşkar edilib.

Bundan sonra telefon götürülərək maddi sübut kimi rəsmiləşdirilib.

Beləliklə, Malik Yusifovun istintaq təcridxanasında həbsdə saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan edilmiş əşyanı əldə edib saxlaması, gəzdirməsi və daşıması ilə bağlı əməli araşdırılıb.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə təyin olunmuş cəzadan 6 ay müddətin azaldılması nəzərə alınmaqla onun üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hazırkı iş üzrə isə ona 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bu cəza əvvəlki cəza ilə qismən toplanılmaqla Malik Yusifovun üzərində qəti olaraq 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması müəyyən edilib. Həmçinin onun Yevlax Rayon Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdə olduğu nəzərə alınıb. Məhkumun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər