Xəbər verdiyimiz kimi, yeni qaydaya əsasən, Milliön ödəniş terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı şəxsiyyətin rəqəmsal qaydada təsdiqlənməsi tələb olunur. Bu da vətəndaşlarda narazılıq yaradıb.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bu çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirməsinin qarşısını almaq üçün atılan addımlardır.
