Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Mikayıl Dadaşovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
İttihama görə, Mikayıl Dadaşov “TikTok” sosial şəbəkəsində saç ustası olan Qənirə Səlimovanın (adı, soyadı şərtidir) foto və video görüntülərini öz telefonuna yükləyib. Sonra həmin görüntülərin fonunda nalayiq ifadələr səsləndirib və təhqiramiz sözlər yazaraq, qadına göndərib. Mikayıl özünə məxsus "Momento more" adlı səhifədən qadına yazaraq, həmin görüntülərin yayılmaması qarşılığında 50 manat pul istəyib.
Bundan əlavə, o, Qənirə Səlimovaya başqa vaxt da mesaj yazaraq, intim münasibət təklif edib.