Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Toydan çıxıb taksi sürücüsünü döyərək öldürən şəxsə 2 il 6 ay həbs cəzası verildi 

Paylaş:
Toydan çıxıb taksi sürücüsünü döyərək öldürən şəxsə 2 il 6 ay həbs cəzası verildi
Bizi Google News-da izləyin

Gəncə Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda və xuliqanlıqda təqsirləndirilən Ramiz Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ramiz Cəlilov Cinayәt Mәcәllәsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddәsi ilә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinib vә ona hәmin maddә ilә 2 il 6 ay müddәtinә azadlıqdan mәhrum edilib. Cinayәt mәsuliyyәtinә cәlbetmә müddәtinin keçmәsi ilә bağlı tәqsirlәndirilәn şәxsə Cinayәt Mәcәllәsinin 221.1-ci (xuliqanlıq) maddәsi ilә cәza tәyin olunmayıb. O, cәzasını mәntәqә tipli cәza çәkmә müәssisәsindә çәkəcək. 

İttiham aktına əsasən, hadisə 2024-cü il sentyabrın 11-də Göygöl rayonunun Balçılı kəndində yerləşən “Sərin” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.

Belə ki, Ramiz Cəlilov həmin gün saat 14 radələrində həmkəndlisinin övladının toy məclisinə gəlib. O, burada həmkəndliləri və tanışları ilə birlikdə araq içərək spirtli içkinin təsiri altında yüngül dərəcəli sərxoşluq vəziyyətinə düşüb.

Saat 20 radələrində yaşadığı evə qayıtmaq istəyən Ramiz Cəlilov şadlıq sarayının həyətinə çıxıb. Həmin vaxt həyətdə çoxsaylı şəxslərin arasında dayanan, “VAZ-2106” markalı avtomobillə taksi fəaliyyəti göstərən zərərçəkmiş Elbəyi Nəbiyevə yaxınlaşıb.

Ramiz Cəlilov taksi sürücüsünün alt paltarının görünməsini və onu Göygöl rayonunun Kərəmli kəndinə aparmaq müqabilində yüksək məbləğdə pul tələb etməsini bəhanə edərək mübahisə yaradıb.

O, ətrafda çoxsaylı şəxslərin olmasına baxmayaraq, zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir edib, daha sonra əlləri ilə onun qol və baş nahiyələrinə zərbələr endirib.

Beləliklə, Ramiz Cəlilov ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən və vətəndaş üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq törətməkdə ittiham olunur.

Lakin hadisə bununla bitməyib.

Ramiz Cəlilov həmin gün, eyni ünvanda həmkəndlisi Elbəyi Nəbiyevin üz nahiyəsinə sol əli ilə bir dəfə yumruq zərbəsi vurub. Zərbə nəticəsində Elbəyi Nəbiyev müvazinətini itirərək öz boyu hündürlüyündən sürətlənmiş şəkildə yerə yıxılıb. Yıxılarkən onun başı asfalt yol örtüyünə dəyib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Elbəyi Nəbiyev başını asfalt örtüyünə vurması nəticəsində həyat üçün təhlükəli olan ağır qapalı kəllə-beyin travması alıb.

Ekspertiza rəyində göstərilən xəsarətlərin ölümün birbaşa səbəbi olduğu qeyd olunub.

Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Elbəyi Nəbiyev müalicə aldığı xəstəxanasında sentyabrın 17-si saat 11 radələrində vəfat edib.

Hadisədən sonra Ramiz Cəlilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər