ABŞ Prezidenti Donald Tramp həyat yoldaşına xəyanət etdiyini etiraf edən "Nvidia" şirkətinin baş direktoru Censen Huanqa dəstək verib. Huanqın Çin üçün məlumat toplamaqda şübhəli bilinən "Megaspeed" şirkətinin rəhbəri Elis Huanqla münasibətdə olduğu bildirilir.
Jurnalistlərlə söhbətində Tramp Censen Huanqla şəxsən danışmadığını, lakin onu ləyaqətli və yaxşı insan hesab etdiyini bildirib.
"Düşünürəm ki, yəqin ki, onun özünə bəraət qazandıran səbəbləri var. Biz onu dinləməliyik", - deyə ABŞ lideri qeyd edib. Trampın fikrincə, Huanq çip istehsalçısına rəhbərlik etməyə davam etməlidir.
Gələn həftə Asiyaya səfəri zamanı "Nvidia" rəhbərini özü ilə aparıb-aparmayacağı barədə suala Tramp "Mütləq aparacağam", - deyə cavab verib. O, Huanqın hər hansı yanlış hərəkət etdiyini eşitmədiyini də əlavə edib.
Censen Huanq isə artıq həyat yoldaşından və əməkdaşlarından üzr istəyib: