İran ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı yeni hərbi əməliyyatlara başlaması halında Avropadakı ABŞ hərbi bazalarına və digər obyektlərinə zərbə endirə bilər.
“The Times” qəzetinin yazdığına görə, mümkün hədəflər arasında Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyadakı ABŞ hərbi obyektləri də var.
İran rəsmiləri həmçinin sualtı internet kabellərinin də hədəfə alına biləcəyini bildiriblər.
Qərb təhlükəsizlik rəsmiləri hesab edirlər ki, İranın raketləri Avropadakı bir çox hərbi bazaya çatmaya bilər. Lakin Tehran hücumlar həyata keçirmək üçün özünə bağlı silahlı qruplardan və cinayətkar şəbəkələrdən istifadə edə, həmçinin kiberhücumlara və terror əməliyyatlarına əl ata bilər.